RU

"Uzak Şehir"də Hind seriallarını kölgədə qoyan səhnə - VİDEO

"Uzak Şehir"də Hind seriallarını kölgədə qoyan səhnə - VİDEOYayımına başladığı gündən reytinqlərdə zirvədə olan "Uzak Şehir" serialının son bölümü gərgin anlara səhnə olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ecmelin "Albora belə idarə olunmaz" sözləri ilə kəndliləri qızışdırmasının ardından Albora malikanəsinə hücum təşkil edilib.

Kütlənin malikanəyə girməsi ilə yaranan qarışıqlıqda Sadakatın, Alyanı qorumaq üçün önünə atılıb, lakin açılan atəş nəticəsində güllə yarası alıb. Serialın izləyiciləri bu səhnəni böyük maraqla izləyib.

Xüsusilə səhnədə istifadə olunan ağır çəkim (slow motion) güllə effekti sosial mediada mübahisələrə səbəb olub. Qısa zamanda viral olan kadrlar üçün izləyicilər belə şərhlər yazıb:

"Hind serialı səhnəsi kimi idi", "Gözlər buna da şahid oldu", "Uzak Şehire yaraşmadı".

İzləyicilər artıq növbəti bölümdə Sadakatın taleyinin necə olacağını səbirsizliklə gözləyirlər.

Избранный
73
sonxeber.az

1Источники