Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərdiyi xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə elektron sorğu keçirir.
“Qafqazinfo” xəbər verir ki, sorğuda nazirliyin xidmətlərindən istifadə edən bütün şəxslər, o cümlədən vətəndaş cəmiyyəti institutları iştirak edə bilərlər.
Sorğuda iştirak etmək istəyənlər keçidə daxil ola bilərlər.