RU

Terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi başladı

BAKI, 4 noyabr. TELEQRAF

Terroru maliyyələşdirmədətəqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanova sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Növbəti məhkəmə prosesi noyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi üzrə Namiq Nəbiyevə AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham verilib. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Избранный
50
14
teleqraf.com

10Источники