Ajans.az xəbər verir ki,bu barədə CNBCmüsahibəsində ABŞ Nəqliyyat Katibi Şon Daffbildirib.Onun sözlərinə görə, mövcud vəziyyət risk elementi daşıyır və hakimiyyət orqanları zəruri hallarda bütün uçuşları dayandırmağa hazırdır: “Təhlükəsizliklə bağlı hər hansı təhdid yaranarsa, bütün hava məkanını bağlayacağıq. İnsanların səyahət etməsinə icazə verməyəcəyik... Hələlik bu mərhələyə çatmamışıq, sadəcə, əhəmiyyətli gecikmələr müşahidə olunur,” – deyə Daffi qeyd edib.