Maliyyə naziri Sahil Babayev gələn ildən mərhələli gəlir vergisi güzəştinin tətbiqinə aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri deyib ki, gəlir vergisinə tətbiq edilən güzəştin müddəti 2026-cı il yanvarın 1-dən bitirdi.
“14-25 %-lik gəlir vergisi tətbiq ediləcəkdi. Ancaq hökumətin yenə də tətbiq edəcəyi yeni güzəşt nəticəsində aşağı gəlir vergisi olacaq. Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3 %, 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % vergi ödəyəcəklər. Bunun özü də çox böyük güzəştdir”.