RU

Sürət yenə can aldı… Cəzalar ağırlaşdırılmalıdır – TƏKLİF

Görünür ki, sürətin insan həyatını məhv etdiyini cəmiyyət dərk etmir. Bu cür hadisələr insanlara dərs olmur. Yəqin ki, nəzarət tədbirkəri başqa cür həyata keçirilməli, daha sərt cəza mexanizmləri müəyyənləşməlidir.

Bu sözləri Tribuna-ya açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O qeyd edib ki, daha sərt cəza mexanizmləri müəyyənləşdirməklə bəlkə belə hadisələrin qarşısını almaq olar:

“Sürət heç bir insana nə isə qazandırmayıb indiyə qədər.

Bu kimi hadisələrdə birmənalı olaraq günahkar valideynlərdir. Valideynlər məsuliyyətsizlik edir çox vaxt. O yaşda uşaqlara nəzarət hər zaman olmalıdır. Kimlərlə durub-oturur, haralara gedir, nələr edir. Bu yaşda uşaqlar qorxu nədir bilmir bəzən. Bu maşındır, oyuncaq deyil. Ani diqqətsizlik insanı ölümə aparır.

Gəncədə baş verən dəhşətli hadisə göstərdi ki, bu kimi qəzalardan, xəbərdarlıqlardan heç kəs dərs çıxarmır.

Bu bəlkə də bir çoxları üçün çox ağır dərsdir. Bunu demək xoş olmasa da, deməliyəm ki, bu qəza hamımız üçün dərs olmalıdır. Gənclərin sürət sevgisi nə ilə nəticələnir, hamımız şahidi olduq”.

Nigar İxtiyarqızı

Избранный
39
tribunainfo.az

1Источники