Bakı. Trend:
Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlifsektorlarda fəaliyyət göstərən sahibkarların icitimai birliklərininüzvləri ilə görüş keçirilib.
“Ədliyyə sahəsində həyata keçirilən institusional vəqanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri,eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlıinkişafındakı rolu” mövzusuna həsr olunmuş tədbirdə 20-yə yaxınbiznes assosiasiyanın təmsilçiləri və sahibkarlar iştirakediblər.
Görüşün məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığıngücləndirilməsi, biznes subyektlərinin fəaliyyətinə dəstəyinartırılması və ölkəmizdə sahibkarlıq mühitinin daha dayaxşılaşdırılmasına töhfə vermək olub.
Tədbirdə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədliyyəsahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə şəffaflığıntəmin edilməsi və səmərəliliyin artırılması istiqamətində son illərərzində Nazirliyin fəaliyyət istiqamətləri üzrə qanunvericilik vəinstitusional tədbirlərin həyata keçirilməsi barədə danışıb. Nazirdövlət-özəl tərəfdaşlığının müxtəlif sahələrin inkişafında mühümrol oynadığını, xüsusən də özəl sektor tərəfindən irəli sürüləntəklif və təşəbbüslərin nazirliyin fəaliyyət istiqamətləri üzrəaparılan islahatlara mühüm töhfə verəcəyini qeyd edib. Vurğulanıbki, həyata keçirilən hüquqi və institusional tədbirlərdəsahibkarların da yaxından iştirakı qarşıya qoyulan hədəflərə nailolmaq baxımından mühüm əhəmiyyət daşıyır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki,sahibkarlıq fəaliyyəti dinamik inkişaf etdiyi üçün yeni çağırışlarvə tələblər qanunvericilikdə adekvat şəkildə əks olunmalıdır.Bildirilib ki, KOBİA bu sahədə aparılan institusional islahatlarıyaxından izləyir və KOB-ların hüquqi mühitlə bağlı ehtiyac vəçağırışlarını müvafiq dövlət qurumlarına çatdırır. Eyni zamanda buistiqamətdə sahibkarların hüquqi maarifləndirilməsi məqsədilətematik görüşlər və təlimlər təşkil olunur, ədliyyə orqanları iləbirgə institusional dialoqun gücləndirilməsi sahəsində əməkdaşlıqedilir, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklifləraidiyyəti üzrə təqdim olunur. Biznes mühitinin inkişafında,sahibkarlıqla bağlı qanunverciliyin təkmilləşdirilməsi prosesindəsahə üzrə maraqlı tərəflərin, o cümlədən sahibkarların və biznesassosiasiyaların iştirakı əhəmiyyətlidir. Sahibkarların təklifləripraktiki ehtiyaclara söykəndiyi üçün onların fikir və təkliflərininnəzərə alınması iqtisadi fəaliyyətin tənzimlənməsində çevik vəeffektiv yanaşmaların tətbiqinə imkan yaradır.
Görüş çərçivəsində sahibkarların fikir və təklifləri dinlənilib,əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.Sahibkarların səsləndirdiyi fikir və təkliflərin Ədliyyə Nazirliyivə KOBİA tərəfindən birgə işçi qaydada icrasının təmin olunması,bununla bağlı qurumlararası məsul şəxslərin müəyyən edilməsi qəraraalınıb.