RU

Zaxarovanın bu bəyanatı qalmaqal yaratdı

İtaliyanın Xarici İşlər Nazirliyi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Rusiya səfirini izahat üçün çağırıb.

Musavat.com xəbər verir ki, səbəb, Zaxarovanın Roma şəhərində baş verən “Konti qülləsinin” çökməsindən sonra səsləndirdiyi qalmaqallı bəyanat olub.

Zaxarova öz Telegram kanalında İtaliyanın Ukraynaya milyardlarla avro yardım etdiyini xatırladaraq yazıb:

“İtaliya hökuməti vergi ödəyicilərinin pullarını mənasız yerə xərcləməyə davam etdikcə, İtaliya tamamilə dağılacaq - iqtisadiyyatından tutmuş qüllələrinə qədər.”

Bu açıqlama İtaliya hökumətində sərt reaksiyaya səbəb olub. Xarici işlər naziri Antonio Tayani Zaxarovanın sözlərini “kobud” və “mədəni ölkəyə yaraşmayan” adlandırıb.

“Belə faciə zamanı dağıntılar altında qalan və xəsarət alan insanlardan siyasi məqsədlərlə istifadə etmək olmaz. Biz Rusiyada bənzər hadisələr baş verəndə həmişə həmrəylik göstərmişik”,-deyə italyan nazir bildirib.

Hadisə 3 noyabrda Romada baş verib. Təmir işləri gedən Konti qülləsi qismən çöküb. Hadisə zamanı orada dörd fəhlə olub. Onlardan biri dağıntılar altında qalıb və xilasetmə əməliyyatı bir neçə saat davam edib. Həmin işçi daha sonra xəstəxanada vəfat edib.

Musavat.com

Избранный
35
musavat.com

1Источники