RU

"AnewZ" telekanalının fəaliyyətə başlamasının 1 ili tamam olur

BAKI, 4 noyabr. TELEQRAF

Azərbaycanın ilk ingilisdilli beynəlxalq televiziya kanalı “AnewZ” fəaliyyətinin birinci ildönümünü qeyd edir.

Teleqraf xəbər verir ki, ötən bir il ərzində kanal Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqin səsini dünyaya çatdırmaqla yanaşı, Azərbaycanın qlobal informasiya məkanındakı mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verib.

Bu müddətdə “AnewZ” “Reuters”, BBC və “Euronews” kimi nüfuzlu beynəlxalq media orqanlarının istinad etdiyi etibarlı xəbər mənbələrindən birinə çevrilib.

Hazırda telekanal peyk vasitəsilə 110-dan çox ölkədə yayımlanır və 6 milyondan artıq onlayn izləyici auditoriyasına malikdir. Kanalda dünyanın tanınmış media qurumlarında iş təcrübəsi qazanmış peşəkar jurnalist və mütəxəssislər fəaliyyət göstərirlər.

Избранный
60
teleqraf.com

1Источники