RU

Trampın şok planı: Bu əraziyə qüvvə göndəriləcək, 2 il ərzində...

ABŞ BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinə Qəzzada ən azı iki il müddətinə beynəlxalq qüvvələrin yaradılmasını tələb edən qətnamə layihəsi göndərib.

Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki, layihə ABŞ-a və digər iştirakçı ölkələrə 2027-ci ilin sonuna qədər Qəzzada idarəetmə və təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyət verəcək, daha sonra isə müddətin uzadılması ehtimalı olacaq.

Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, layihə yaxın günlərdə BMT TŞ üzvləri arasında danışıqların əsasını təşkil edəcək. Məqsəd isə qarşıdakı həftələrdə səsvermənin keçirilməsi və qüvvəyə minməsi, yanvar ayına qədər isə Qəzzaya ilk qoşunların yerləşdirilməsi olacaq.

ABŞ rəsmisinin sözlərinə görə, Beynəlxalq Təhlükəsizlik Qüvvələri (ISF) sülhməramlı qüvvə deyil, icra qüvvəsi olacaq. Çoxsaylı ölkələrdən təhlükəsizlik qüvvələrini özündə birləşdirəcək ISF, Qəzzanın İsrail və Misirlə sərhədlərini təmin edəcək, mülki şəxsləri və humanitar dəhlizləri qoruyacaq və yeni Fələstin polis qüvvələrini yetişdirəcək.

Избранный
14
publika.az

1Источники