RU

Gələn il Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına 3,5 milyard manat nəzərdə tutulub

Növbəti il üçün dövlət büdcəsinin vəsaiti hesabına 8 məqsədli proqram üzrə 4 milyard 173,5 milyon manat (2025-ci illə müqayisədə 2479,6 mln. manat az) maliyyələşdirilmə nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə görə, ən böyük pay - 3,5 milyard manat "İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına düşüb. Ən kiçik pay isə 100 min manat "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na nəzərdə tutulub.

Избранный
83
teleqraf.com

1Источники