Bakı. Trend:
Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin 10 ayında16.2% artıb və dövrün sonuna 82.5 milyard ABŞ dolları təşkiledib.
Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bugün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsininmüzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, o cümlədən Mərkəzi Bankın valyutaehtiyatları oktyabr ayının sonuna 11.4 milyard dollara bərabərolub:
"Strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmişkifayətlilik normalarını əhəmiyyətli üstələməkdə davam edir. Beləki, strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalınakifayət edir.
2025-ci ildə pul siyasəti monetar şərait vasitəsiləinflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilmişdir. Rəsmiməlumata görə 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7%olmuşdur".