RU

Məleykə Əlizadə: “Zəfər Günü – ədalətin bərpası və milli birliyin təntənəsidir”

Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və qələbə ruhunu təcəssüm etdirir.

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə QHT.az -a açıqlamasında bildirib ki, Zəfər Günü mənim və Azərbaycan xalqı üçün qürur, birlik və uzun illər bizə qarşı şəbəkələşmiş bir ədalətsizliyə son qoyulan ədalətin bərpası günüdür. Bu gün, Torpaq uğrunda ölən varsa Vətəndir! Kəlməsini təntənəsi gündüdür. 30 il işğal altında inləyən torpaqlarımızın azadlığı, on minlərlə şəhidlərimizin qəhrəmanlığı, xalq-dövlət birliyinin sarsılmaz iradəsi, dərin minnətdarlıq və fəxarət hissini təcəssüm etdirən dünür:

"Kiçik bir dövlətin, 10 milyon xalqın nəhəng dövlətlərin dəstəklədiyi bir siyasət üzərində çalınan ZƏFƏR mütləq qeyd edilməlidir. Bu tarixin qeyd olunması əldə edilən qələbə və xalqın qəhrəmanlıq salnaməsini yaddaşlarda daim əbədiləşdirir. O cümlədən, I və II Qarabağ müharibəsində canından keçən şəhidlərimizin ruhuna ehtiram, həm də gələcək nəsillərə milli qürur, vətənpərvərlik və dövlətçilik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın dövlətçilik tarixində onun gələcəyini, suverenliyini bir daha təsdiq edən gündür.

Xalq-iqtidar birliyi olmasaydı, xalqın Ali Baş Komandana və ordusuna inamı olmasaydı bu qələbə ola bilməzdi. 44 gün və ondan sonra birləşən birlik davam edir.  Prezident, Ordumuz və xalq eyni məqsəd uğrunda birləşərək misilsiz həmrəylik nümayiş etdirdi və müharibənin qələbə ilə başa çatmasında həlledici rol oynadı. Bu, təkcə hərbi qələbə deyildi, həm də milli birliyin gücünün nümayişi idi".

QHT sədri həmçinin bildirib ki, Vətəndaş cəmiyyəti cəmiyyətlə dövlət arasında körpü rolunu oynayır. Cəmiyyətdə olan problemlərin çatdırılması, dövlətə mesajların ötürülməsi, beynəlalq tədbirlərdə Azərbaycanı təmsil etmək kimi vacib missiya daşıyır:

"QHT-lər ictimai maarifləndirmə, gənc nəslin yumşaq bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin təbliğ edilməsi, yetişən nəsldə vətənpərvərlik ruhunun formalaşdırılması, şəhid ailələri və müharibə iştirakçıları ilə həmrəylik tədbirləri vasitəsilə bu birliyin davamlılığını təmin edə bilərlər".

Избранный
21
qht.az

1Источники