RU

Deputat xarici ezamiyyələrin də azaldılmasını təklif edib

BAKI, 4 noyabr. TELEQRAF
Gələn ilin büdcəsindən elm xərcləri 229 milyon manat nəzərdə tutulub. Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün bir il ərzində xərclər 239 milyon manatdır. Avropa İttifaqında elmə ayrılan vəsait ÜDM-in orta hesabla 2, 2 faizini, bizdə isə 0,2 faizini təşkil edir. Belə olduğu halda bizim bu istiqamətdə ciddi nailiyyətlər əldə edəcəyimizdən söhbət gedə bilməz.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O, xarici ezamiyyələrin də azaldılmasını təklif edib: “Əvvəllər bizim torpaqlarımız işğal altında idi. Çox sayda tədbirlər keçiridik, özümüz tədbirlərə gedirdik. Çalışırdıq ki, hər imkandan istifadə edib, Ermənistanın işğalından danışaq. İndi torpaqlarımızı işğaldan azad eləmişik.Xaricə ezamiyyələrin sayı olduqca azaldılmalıdır. Bizim səfirliklərimiz var, beynəlxlaq tədbirlərdə onlar iştirak etməldirilər. Cənab prezident, Milli Məclisin sədri, prezidentin köməkçiləri və müxtəlif nazirlər tapşırıqla səfərlərə göndərilir ki, bu, olduqca vacibdir. Amma mərkəzi icra hakimiyyətinin orqanları bir çox hallarda bu ezamiyyələrə olduqca böyük vəsait sərf edirlər. Bu cür çətinliklə qazanılan pulların bu formada xərclənməsini düzgün hesab eləmirəm”.

Избранный
100
5
teleqraf.com

5Источники