RU

Putinin adamı Almaniya kanslerini dəstəklədi – “Qovun getsinlər…”

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev Almaniya kansleri Fridrix Mertsin suriyalı qaçqınların ölkədən çıxarılması ideyasını dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

“Almaniya kansleri Merts, nəhayət ki, Qərb sivilizasiyasının intiharına səbəb olan immiqrasiya haqqında yazılarımızı oxumağa başladı və hərəkətə keçdi. Ümid edirəm ki, o, bizim digər məsləhətlərimizə də əməl edəcək”, – deyə Putinin adamı vurğulayıb.

Qeyd edək ki, Merts ölkə daxili səfəri zamanı bildirib ki, Almaniyadakı suriyalı qaçqınlar könüllü şəkildə vətənlərinə qayıtmalıdırlar, çünki onların ölkələrində vətəndaş müharibəsi başa çatıb. Kansler xəbərdarlıq edib ki, əks halda suriyalı qaçqınlar deportasiya ilə üzləşəcəklər.

“Şpiegel” xəbər verib ki, Merts suriyalıların deportasiya məsələsini müzakirə etmək üşün Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraanı Almaniyaya dəvət edib.

Xatırladaq ki, Mertsin oktyabr ayında Potsdamda keçirdiyi mətbuat konfransında miqrasiya sahəsində problemlərin “şəhərlərin simasında” özünü göstərdiyini qeyd etməsi Almaniya cəmiyyətində böyük etirazlara səbəb olmuşdu. Kanslerin sözləri irqçi və ayrı-seçkilik kimi qiymətləndirilmişdi.

Xatirə SADİQ

Избранный
37
nocomment.az

1Источники