RU

Paşinyandan Naxçıvan dəmir yolu ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu xəttinin tikintisi ilə bağlı fəal danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib.

“Hazırda amerikalı tərəfdaşlarımızla Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsini müzakirə edirik. Niyə məhz ABŞ? Çünki bu, TRIPP layihəsinin ayrılmaz hissəsidir”, – deyə Paşinyan bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, İrəvan artıq Türkiyədən Azərbaycana və əks istiqamətdə daşınan yüklər üçün tranzit marşrutu təmin etməyə hazırdır.

Musavat.com

Избранный
3
1
musavat.com

2Источники