RU

Həftələrlə keçməyən burun tutulmasının səbəbi nədir?

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Həkim Olqa Çistik bildirib ki, həftələrlə keçməyən burun tutulması qalxanabənzər vəzinin fəaliyyətindəki pozğunluqlarla əlaqədar ola bilər.

Redaktor.az xəbər verir ki, terapevt burunun xroniki tutulmasının bu gözlənilməz səbəbini gazeta.ru-ya açıqlamasında qeyd edib.

Həkimin sözlərinə görə, qalxanabənzər vəzi hormonlarının çatışmazlığı orqanizmdə maye toplanmasına və ödemlərin yaranmasına səbəb olur. Çistik vurğulayıb ki, bu zaman üz, qarın, ayaqlar, həmçinin burunun selikli qişaları şişə bilər.

Terapevt əlavə edib ki, çox vaxt pasiyentlər bu əlaməti allergiya ilə səhv salır və antihistamin və ya digər dərmanlardan istifadə etməyə başlayırlar.

“Bir çox insan illərlə burun damcısı istifadə edir, nəticədə dərman riniti yaradır və şişkinliyi daha da gücləndirir,” - deyə həkim bildirib.

Mütəxəssis vurğulayıb ki, hipotiroidizmin xüsusi əlamətləri olmadığından insanlar bu simptomları ya fərq etmir, ya da bir-biri ilə əlaqələndirmir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
redaktor.az

2Источники