RU

Qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı 4748 obyektə monitorinq keçirilib

Bakı. Trend:

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraqbaytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavabverməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimihallarının qarşısının alınması istiqamətində Qida TəhlükəsizliyiAgentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcılmonitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, bubarədə AQTA məlumat yayıb.

Bildirilir ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən 3noyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4748 heyvankəsimi və ət satışı mağazasında monitorinq keçirilib.

Monitorinq zamanı 712 heyvan kəsimi və ət satışı mağazası iləbağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi iləəlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmışqurğulardır) sökülüb.

Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyatakeçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburigöstərişlər verilib.

Məqalədə:
Избранный
41
30
az.trend.az

10Источники