RU

"Yaponiyada Azərbaycan idmançılarından yaxşı nəticələr gözlənilir"

Azərbaycan Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXV Yay Deflimpiya Oyunlarında uğurlu nəticələr əldə etməyi hədəfləyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov yarışın hazırlıqları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Namiq Novruzov nəticələr barədə konkret proqnoz verməyin çətin olduğunu qeyd edib: “Karate, yunan-Roma güləşi və cüdo yarışlarından medallar gözləyirik. Qısa müddətdə idmançılarımızı ən yüksək səviyyədə hazırlamağı planlayırıq. Eyni zamanda, bu Oyunlar idmançılarımızın beynəlxalq təcrübə qazanmaları üçün də mühüm rol oynayacaq”.

XXV Yay Deflimpiya Oyunları 15–26 noyabr tarixlərində Tokio şəhərində keçiriləcək.

Избранный
28
2
90deqiqe.az

3Источники