“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin 2026-cı ilin may ayında İrəvanda keçiriləcək sammitində iştirak edəcəyinə ümid edirəm”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” forumunda çıxışı zamanı bildirib.
“Ermənistan və Türkiyə arasındakı münasibətlər düzgün yoldadır”, - Paşinyan deyib.
"Cebheinfo.az"