RU

Ərdoğan Ermənistana gedə bilər Paşinyan təsdiqlədi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gələn ilin mayında keçiriləcək Avropa Siyasi Birliyinin (APC) sammitində iştirak etmək üçün İrəvana dəvət etmişəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Ərdoğanın dəvəti qəbul edib sammitdə iştirak edəcəyinə ümid etdiyini bildirib.

“Ermənistan Azərbaycan və Türkiyə ilə institusionallaşmış, daimi əlaqələr qurub. Hazırda İrəvan və Ankara arasında münasibətlər düzgün yoldadır”, – Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, sərhədlərin açılması və ölkələr arasında diplomatik əlaqələrin qurulması zamanın işidir.

Əliyar Xəlil

Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
globalinfo.az

2Источники