"Qarabağ" klubu "Qəbələ"nin qapıçısı Həbib Hüşənovu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı qapıçı ilə Misli Premyer Liqasının digər klubları da maraqlanır.

Onunla ən yaxından maraqlanan klubu isə Ağdam təmsilçisidir.

"Köhlən atlar" onun gələcək perspektivinə böyük ümid bəsləyir.

Ölkə çempionu Həbibi transfer edərək, onu müvəqqəti başqa kluba icarə verməyi düşünür.

Lakin “qırmızı-qaralar” da oyunçusunu buraxmaq fikrindən uzaqdır.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan H. Hüşənov ötən ilin yanvarından əsas komandaya cəlb olunur.

(futbolinfo.az)