RU

Ermənistan Zəngəzurla bağlı ABŞ la danışıqlar aparır

ain.az bildirir, Bakupost portalına istinadən.

Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni dəmir yolunun tikintisi ilə bağlı aktiv danışıqlar aparır. Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, ABŞ “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) adlanan layihənin ayrılmaz hissəsidir: “Hazırda amerikalı tərəfdaşlarımızla Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik. Niyə məhz ABŞ-la? Çünki bu, TRIPP layihəsinin tərkib hissəsidir”.Bbundan əvvəl erməni baş nazir Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan istiqamətində Azərbaycan ərazisindən tranzit yüklərinin hərəkətinə qoyulmuş qadağanın tam aradan qaldırılmasına görə təşəkkürünü bildirmişdi. O, Tiflisdə keçirilən “İpək Yolu” forumundakı çıxışı zamanı Bakının bu addımını “əhəmiyyətli addım” kimi dəyərləndirib.Daha öncə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan lideri Qasım-Comart Tokayevlə görüşdən sonra bildirmişdi ki, Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş tuta bilər. Onun sözlərinə görə, Azərbaycanın ərazisində avtomobil və dəmir yolu əlaqələrinin yaradılması üzrə bütün işlərin gələn ilin ortalarına qədər tamamlanması planlaşdırılır.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
www.bakupost.az

2Источники