RU

Sahil Babayev: “Dövlət borcu ilin əvvəli ilə müqayisədə 2,2 faiz azalıb“

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365.1 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 19.5%-ni təşkil edir".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, dövlət borcu ilin əvvəli ilə müqayisədə 2.2 faiz azalıb:

"Azərbaycan ümumi dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin ən aşağı olduğu 20 ölkədən biridir. 2026-ci ilin sonuna proqnoz - 21.8%, 2029 proqnozu - 21.2%.

Qeyd edək ki, dövlət borcunun 17 milyard 46.8 milyon manatı daxili, 4 milyard 893.1 milyon ABŞ dolları və yaxud 8 milyard 318,3 milyon manatı isə xarici borc olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 0.8% və 7.7% azdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
1
moderator.az

2Источники