RU

Politico:Ukrayna Avropa İttifaqına inteqrasiyada “B” qiyməti ala bilər- ÖZƏL

"Politico" nəşri Avropa İttifaqına üzv olmaq istəyən ölkələrin irəliləyişini qiymətləndirən öz reytinqini hazırlayıb. Reytinq Aİ rəsmiləri və diplomatlarının şərhləri əsasında tərtib edilib.
Olaylar.az xəbər verir ki, məlumata görə, Monteneqronun səyləri ən yüksək qiymətləndirilə bilər. Albaniya "beş minus", Moldova isə "dörd plus" alıb. Ukraynanın Aİ-yə üzvlük istiqamətində gördüyü işlər isə sabit "dördlük" səviyyəsində dəyərləndirilir. Nəşrin yazdığına görə, Gürcüstan isə "imtahandan keçməzdi".
Aİ gələn çərşənbə axşamı genişlənmə ilə bağlı illik hesabatını açıqlayacaq və üzvlüyə namizəd ölkələrin səylərinə rəsmi qiymət verəcək. Monteneqro Prezidenti Yakov Milatoviç "Politico"ya bildirib ki, Podqoritsa hazırda Aİ-yə qoşulma üzrə "ən irəlidə olan namizəddir" və Brüssel artıq üzvlük sazişinin layihəsinin hazırlanmasına başlamalıdır. Ukraynanın Aİ yanındakı nümayəndəsi Vsevolod Çentsov isə hesab edir ki, Kiyevin Avropa İttifaqına üzvlüyü birlik üçün "strateji imperativə" çevrilməlidir.
Nəşr qeyd edir ki, ən aşağı qiymətləri Serbiya, Bosniya və Herseqovina, həmçinin Gürcüstan alıb. Politico-ya görə, Serbiya və Bosniya siyasi böhranlar səbəbindən irəliləyiş göstərə bilmir, Gürcüstanda isə demokratiyanın vəziyyəti "sərbəst enişdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
olaylar.az

1Источники