RU

Paşinyan: Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisini müzakirə edirik

Ermənistan və ABŞ Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı fəal danışıqlar aparır.

Modern.az xəbər verir ki, bunu  Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Hazırda biz amerikalı tərəfdaşlarımızla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisini müzakirə edirik. Niyə ABŞ? Çünki bu, TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu) layihəsinin ayrılmaz hissəsidir", - o deyib.

O, həmçinin qeyd edib ki, regional kommunikasiyalar açıldıqdan sonra Rusiya Azərbaycan ərazisi ilə Ermənistana dəmir yolu ilə yük daşımalarını həyata keçirə biləcək.

“Hazırda Rusiyanın Azərbaycandan keçməklə Ermənistana dəmir yolu daşımalarını təmin edə bilməsi ilə bağlı müzakirələr gedir”, - Ermənistanın baş naziri vurğulayıb.

Избранный
34
50
modern.az

10Источники