RU

Romada dağılan tarixi qüllənin altında qalan işçi xilas edilib

Dogru.az saytından alınan məlumata görə, ain.az bildirir.

İtaliyanın paytaxtı Romada dağılan tarixi qüllənin altında qalan bir işçi təxminən 11 saatlıq xilasetmə əməliyyatından sonra dağıntılar altından çıxarılıb.

Doğru.az xəbər verir ki, ANSA agentliyinin məlumatına görə, xilas edilən şəxs təcili yardıma çatdırıldıqdan sonra ürək dayanması yaşayıb, lakin həkimlərin müdaxiləsi nəticəsində vəziyyəti stabilləşdirilərək xəstəxanaya aparılıb.

Məlumata əsasən, onun vəziyyəti son dərəcə ağırdır.

Əməliyyatda 140-a yaxın yanğınsöndürən və xilasedici iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Gebze şəhərində yaşayış binasının çökməsi nəticəsində iki uşaq – 14 yaşlı qız və 12 yaşlı oğlan həlak olmuşdu.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
dogru.az

2Источники