RU

Xəzərdə suitilər kütləvi şəkildə ölür

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanda Xəzər suitilərinin daha bir kütləvi tələfatı qeydə alınıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Manqistau vilayətinin Ekologiya Departamenti məlumat yayıb.

Departamentin əməkdaşları – eko-patrullar Asan kəndindən Bautino burnuna qədər olan sahil zolağında apardıqları reyd zamanı 112 suiti cəsədi aşkarlayıblar.

Hadisənin səbəbini müəyyənləşdirmək üçün sudan nümunələr götürülüb. İlkin məlumata görə, bu, yeni hal deyil, oxşar hadisələr əvvəlki illərdə də müşahidə olunub.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə Xəzər dənizində suitilərin ölümünə əsas ehtimal edilən səbəblər arasında quş qripi, neyrovirus və qaz emissiyalarının yaratdığı asfiksiya (boğulma) göstərilir. 2022-2023-cü illərdə baş verən kütləvi tələfat isə ətyeyən heyvanlarda yayılan vəba və sətəlcəm epidemiyaları ilə əlaqələndirilmişdi. (publika.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
icma.az

2Источники