RU

Birmarket ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır (FOTO/VİDEO)

Bakı. Trend:

4 noyabr, Bakı – Azərbaycanın aparıcı e-ticarət platformasıBirmarket 3 noyabr 2025-ci iltarixində Heydər Əliyev Mərkəzində Ticarətçilər Forumu keçirib.Forumun məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləribir araya gətirərək onların təcrübəsini bölüşmək, qarşılıqlıəməkdaşlığı gücləndirmək və ticarət sənayesinin inkişafı üçün yeniimkanlar təqdim etmək olub.

Açılış nitqində Birmarket-in Baş İcraçı Direktoru RaufQulaməliyev bildirib ki, şirkət fəaliyyətini satıcıların inkişafıvə müştəri yönümlü yanaşmanın gücləndirilməsi istiqamətindəqurub:

“Bizim üçün hər bir satıcı tərəfdaşdır. Platformamız onlarınişini texnologiya, logistika və marketinq baxımından dəstəkləyir.Məqsədimiz onların daha çox qazanmaları və öz müştəriləri ilə dahagüclü münasibət qurmalarıdır. Dünya təcrübəsi də göstərir ki,Birmarket kimi platformalar ölkədə biznesi inkişaf etdirir və onuirəli aparır”.

O əlavə edib ki, Birmarket hazırda ölkə üzrə 1500-dən çox “GəlAl” məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5milyondan çox məhsulu saxlama imkanı ilə ticarətçilərə genişinfrastruktur təqdim edir və Bir Ekosistem-ə inteqrasiya hazırdaBirmarket satıcılarına daha geniş imkanlar yaradır:

“Birbank-ın 4 milyona yaxın aktiv müştərisi artıq platformadakıməhsulları öz tətbiqlərində görə və ala bilirlər. İlkinteqrasiyadan sonra bir ay ərzində 1 milyon yeni istifadəçiplatformaya qoşuldu. BirBonus ilə 2 milyondan çox istifadəçibonuslar toplayır və onları Birmarket-dəki mağazalardaxərcləyirlər”.

Forum çərçivəsində ilin ən yüksək nəticələrinə imza atansatıcılar səkkiz kateqoriya üzrə mükafatlandırılıb. Tədbirdəhəmçinin Birmarket, Birbank və M10 stendləri təqdim olunub,partnyorlarla birbaşa ünsiyyət və rəy mübadiləsi aparılıb.

Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsalekosistemi olan Bir Ekosistem Birbank, m10, MilliÖn, Birmarket,BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərinivahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılanekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub vəmüştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyatehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiyaolunmuş istifadə təcrübəsi təqdim edir.

Birmarket
Birmarket
Birmarket
Birmarket
Birmarket
Birmarket
Birmarket
Избранный
39
7
az.trend.az

9Источники