RU

Lənkəranda kanalizasiya sistemi köhnə olduğundan küçələri su basır - FOTO

LƏNKƏRAN, 4 noyabr. TELEQRAF

Lənkəran şəhərində ötən əsrin 50-ci illərində çəkilmiş kanalizasiya sistemi tamamilə sıradan çıxmaüzrədir.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hazırda şəhərin bəzi küçə və məhəllələrində kanalizasiya sistemini əvəz edən açıq xəndəklərdən istifadə edilir.

Yağış və məişət sularının birgə axıdıldığı bu xəndəklər həm sanitar, həm də ekoloji baxımdan ciddi təhlükə yaradır.

Yay aylarında ətrafa yayılan kəskin qoxu sakinlərin narazılığına səbəb olur, qış aylarında isə xəndəklərin daşması nəticəsində küçələri sel basır, bəzi hallarda avtomobillərin və piyadaların hərəkəti çətinləşir.

Şəhər sakinlərinin sözlərinə görə, köhnə xətlər artıq tıxanıb və sistem demək olar ki, işlək vəziyyətdə deyil.

Yaxın vaxtlarda Lənkəranda yeni kanalizasiya sisteminin qurulmasına başlanacaq. 210 kilometr uzunluğunda çəkiləsiyeni sistemin mərhələli şəkildə həyata keçirilməsi və 2029-cu ilin sonuna qədər tam başa çatdırılmasıplanlaşdırılır.

Layihə çərçivəsində Xəzər dənizi sahilinə yaxın ərazilərdə sutəmizləyici qurğuların tikintisi də nəzərdə tutulur.

Избранный
47
teleqraf.com

1Источники