RU

İcra hakimiyyətlərinin ləğvi ilə bağlı deputatdan AÇIQLAMA

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər icra hakimiyyətlərinin adı daha çox cinayət işləri ilə hallanır.Belə ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. İ. Rzayevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub. Onun barəsində 4 aylıq həbs qərarı verilib.

 

Noyabrın 1-də isə Qaradağ Rayon İcra Hakimiyyətində  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlamalar aparılıb. Nəticədə, İcra başçısının müavini Nadir Muradov və bir sıra vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Bu cür mənfi hallar isə icra hakimiyyəti institutunun zamanın tələbi ilə ayaqlaşa bilməməsi məsələsini gündəmə gətirib. Ona görə də əksəriyyət hesab edir ki, icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı qanunvericlik səviyyəsində tədbirlər görülməlidir.İcra hakimiyyətləri ilə bağlı hansı dəyişikliklər edilə bilər?Məsələn Millət vəkili Fazil Mustafa hesab edir ki, icra hakimiyyətlərindən keyfiyyətli iş tələb etmək üçün ilk növbədə onların hüquq və vəzifələrinə yenidən baxmaq lazımdır. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bütün vəzifəli şəxslər kifayət qədər məsuliyyətli davranmalıdırlar, hər hansı bir korrupsiya faktına yol verməməli, vətəndaşları incitməməlidirlər:“Belə hallarla bağlı çatan siqnallarla bağlı dövlətin hüquq-mühafizə orqanları öz işlərini davam etdirir və məsələyə hüquqi münasibəti ortaya qoyurlar. Ona görə də icra başçıları Prezidentin yerlərdəki nümayəndəsi kimi daha məsuliyyətli davranmalıdırlar. Hesab edirəm ki, bununla paralel icra hakimiyyətinin səlahiyyətlərinə də yenidən baxılmalıdır.Bir çox hallada səlahiyyət azlığı onların fəaliyyətini məhdudlaşdırır. Hesab edin ki, hər bir məsələdə İcra hakimiyyəti məsuliyyət daşıyır, eyni zamanda heç bir məsələdə onların geniş səlahiyyəti yoxdur. Əvvəlki illərdə icra hakimiyyətləri daha çox səlahiyyətlərə sahib idilər. Bu müəyyən problemlər yaratsa da, rayonda sosial və hətta kriminal vəziyyətə nəzarət imkanı yaradırdı. Müvafiq qurumlar icra hakimiyyətləri ilə razılaşdırılmış addımlar atırdı. Bu da ən azından həmin rayonun spesifikasına uyğun olaraq vəziyyətin nəzarətdə saxlamasına imkan verirdi.İndi bu imkanlar da yoxdur. Ona görə də icra hakimiyyətlərinin səlahiyyətlərinə yenidən baxılmalıdır ki, bütün sıxıntılar aradan götürülsün”.Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
bizim.media

2Источники