RU

Cənubi Koreya nüvə silahı yaratmaq niyyətində deyil - Müdafiə naziri

Bakı. Trend:

Cənubi Koreya öz nüvə silahını yaratmaq niyyətində deyil.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu respublikanın müdafiə naziri An QyuBek bildirib.

Nazir noyabrın 4-də Pentaqon rəhbəri Pit Hegsetlə danışıqlaraparıb. Görüş Seulda baş tutub, daha sonra rəsmilər birgə mətbuatkonfransı keçiriblər. Tədbir zamanı An Qyu Bek vurğulayıb ki,Cənubi Koreya nüvə silahının yayılmamasına dair Müqaviləyə qoşulmuşölkələrdən biridir.

“Ona görə də biz nüvə silahı hazırlamayacağıq”, - deyə o qeydedib.

Nazir bildirib ki, Seul Vaşinqtonla əməkdaşlığa və onun nüvəimkanlarının Cənubi Koreya silah sistemlərinə inteqrasiyasınaəsaslanmağı planlaşdırır. Öz növbəsində Heqset ABŞ-ın atom sualtıqayıqların inşası məsələsində Cənubi Koreya ilə sıx əməkdaşlıqedəcəyini vəd edib.

Məqalədə:
Избранный
9
az.trend.az

1Источники