RU

Azərbaycan iqtisadiyyatı 2026-ci ildə 2,9% artacağı gözlənilir

Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2026-ci ildə 134,1 milyard manat təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 2,9% real artım deməkdir. Son beş il ərzində nominal ÜDM 36,7 milyard manat (39,3%), real ifadədə isə 19% artıb. Bu barədə maliyyə naziri Sahil Babayev 2026-ci ilin dövlət büdcəsi haqqında qanuna münasibət bildirərkən deyib.

Qeyri-neft ÜDM 2025-ci ildə 101,7 milyard manat olub və 5% real artım nümayiş etdirib. 

Son beş il ərzində bu sektorun nominal həcmi 36 milyard manat (62,7%), real artımı isə 34% təşkil edib.

Hesabat dövründə xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8%, manatın məzənnəsi isə 1,7 manat səviyyəsində  müəyuən edilib.

N.Təbrizli

Избранный
22
anews.az

1Источники