RU

Texnoloji yeniliklər sosial infrastrukturun effektivliyini artırır – Emin Qəribli

Son illərdə sosial infrastruktur layihələrində texnoloji yeniliklərin tətbiqi əhalinin rifah səviyyəsinin yüksəlməsində mühüm rol oynayır.

Bunu Finss.az-a açıqlamasında UNEC-in dosenti, iqtisadçı Emin Qəribli bildirib.

Onun sözlərinə görə, xüsusən bu yeniliklərin Asan Xidmət vasitəsilə tətbiqi xidmətlərin əlçatanlığını artırır:

“Sosial infrastruktur əhalinin rifahına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Xüsusən də bunun tətbiqi Asan Xidmət vasitəsilə daha əlçatan olur.”

O, Qarabağ bölgəsində ağıllı platformaların tətbiqinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq deyib:

“Qarabağ bölgəsində isə ağıllı platformaların tətbiqi xüsusi önəm daşıyır. Bu, hökumət ilə sahibkarlar və əhali arasında elektron yazışmalar və ünsiyyət imkanlarını genişləndirir. Elektron ünsiyyət sistemi təbii ki, yaranmış problemlərin həllində mühüm rol oynayır.”

E.Qəribli əlavə edib ki, kənd əhalisinin təcrübəsi də bu tendensiyanı təsdiqləyir:

“Digər hallarda isə kənd əhalisinin təcrübəsi bunu açıq şəkildə göstərir. Müasir dövrün xüsusiyyətlərinə baxdıqda görürük ki, bu cür fəaliyyətlər və innovasiyalar çox hallarda ayrı-ayrı yardımlardan daha səmərəli töhfə verir.”

Dosent qeyd edib ki, texnoloji yeniliklər sosial inkişafın sürətlənməsinə və problemlərin həllinə əhəmiyyətli töhfə verir:

“Buna görə hesab edirəm ki, yaranan problemlərin həlli, sosial inkişafın sürətləndirilməsi və müəyyən inkişaf mərhələlərinin təşkili üçün innovativ yeniliklər və texnoloji həllər mühüm rol oynayacaq.”

Ekspertin fikrincə, müasir texnoloji həllərin sosial infrastruktur layihələrinə inteqrasiyası yalnız xidmətlərin keyfiyyətini artırmır, həm də əhali ilə hökumət arasında effektiv kommunikasiya kanallarını genişləndirir və sosial rifahın daha davamlı şəkildə təmin olunmasına imkan yaradır.

Fuad Mədətov
Finss.az

Избранный
13
fins.az

1Источники