RU

Onlar 30 ildir millət vəkilidir FOTO

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda stajlı məmurlar olduğu kimi stajlı deputatlar da var. Milli Məclis üzvlərinin təxminən yarısından çoxu 20 ildir deputat mandatı daşıyır. Amma 4 millət vəkili nə az, nə çox, düz 30 ildir qanunverici orqanda təmsil olunur.

Metbuat.az-ın araşdırması zamanı məlum olub ki, parlamentin ən stajli deputatları Eldar İbrahimov, Ziyafət Əsgərov, Mixail Zabelin və İmamverdi İsmayılovdur. Bu şəxslərin hər biri ard-arda 7 dəfə deputat seçilib.

Eldar İbrahimov 12 mart 1946-ci ildə Naxçıvanda anadan olub. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-c ildən bəri Milli Məclisin deputatıdır. Hazırda parlamentin İntizam komissiyasına rəhbərlik edir.

Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Ard-arda 7 çağırış Milli Məclisin deputatı seçilib. Hüquq elmləri doktoru, professordur.

Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2024-cü il sentyabrın 23-dən Milli Məclis sədrinin müavinidir.

Mixail Zabelin 19 mart 1946-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsilli hidrorexnika-mühəndisidir. Azərbaycanda Rus İcmasının sədridir.

80 yaşlı Mixail Zabelin müxtəlif illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.

İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənədli kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İmamverdi İsmayılov siyasətçi kimi fəal olmasa da, ədəbi çevrələrdə kifayət qədər yaxşı tanınır. O, “Qızıl qələm” mükafatı laureatı və Əməkdar jurnalistdir.

Azərbaycan radiosunun “Qızıl fondu”nda müəllifin “Qədim kişinin qırxı”, “Astanada ölüm”, “Yurd gürzəsi” əsərləri əsasında hazırlanmış radio kompozisiyalar mövcuddur.

Zaur Əliyev / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
1
metbuat.az

2Источники