RU

Paşinyan ermənilərin Qarabağa qayıtmasından DANIŞDI

Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə potensial qayıtması Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhə təhlükə yarada bilər.

Musavat.com xəbər verir ki, bunu İrəvanda Baş nazir Nikol Paşinyan bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, ermənilərin Qarabağa qayıtması "sülh üçün risk" olardı və "bu məsələ... ümumiyyətlə təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir".

Paşinyan sülhü yeni doğulmuş uşaqla müqayisə edərək, bunun qayğı tələb etdiyini bildirib: "Biz sülh müqaviləsi imzalamalı, sərhədi delimitasiya etməli və bir-birimizi tək qoymalıyıq".

Musavat.com

Избранный
29
1
musavat.com

2Источники