RU

Neft Fondundan büdcəyə transfertlər AZALDILACAQ

“2026-cı ildə Neft Fondunun gəlir və xərcləri balanslaşdırılıb. Təqribən 7,7 milyard dollar səviyyəsində 65 dollar qiyməti ilə rezervlərimizin azalmasını gözləmirik. Neft Fondundan büdcəyə transfert 2025-ci illə müqayisədə təqribən 1 milyard dollar azaldılıb. Orta müddətli çərçivədə gözləntimiz ondan ibarətdir ki, bu rəqəmi daha da azaldacağıq. 2029-cu ildən Neft fondundan artıq dövlət büdcəsinə transfertləri 6 milyard dollar çatdırmağı planlaşdırırıq”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gələn ilin büdcəsi ilə bağlı müzakirəsi zamanı deyib.

O bildirib ki, ötən il Neft fondundan büdcəyə transfert 8,5 milyard dollar idi.

Günay Şahmar, Bizim.Media

Избранный
51
1
bizim.media

2Источники