RU

Messi dünya çempionatında oynayacaq

“İnter Mayami”nin və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında oynamağa hazır olacağı şərtləri açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Fabrizio Romano məlumat verib.

Dünya futbolunun ulduzu əsas amilin istək olduğunu vurğulayıb.

“Məndə var və bu, böyükdür. Amma faydalı olmaq, komandaya kömək etmək və ən yüksək səviyyədə oynamaq üçün özünü yaxşı hiss etmək vacibdir”, – dünya çempionu qeyd edib.

Избранный
23
veteninfo.az

1Источники