RU

Gələn ilin dövlət büdcəsindən kənd təsərrüfatı xərclərinə ayrılacaq vəsaitin həcmi məlum olub

Bakı.Trend:

2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil vəkommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi1976,8 milyon manat məbləğində vəsait ayrılacaqdır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatıbölməsinə aid olan xərclər üzrə 1222,1milyon manat məbləğindəvəsait nəzərdə tutulmuşdur ki, bu da 2025-ci illə müqayisədə 18,3milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə126,4 milyon manat və ya 11,5 faiz çoxdur.

"Həmin vəsaitin 490,0 milyon manatı Azərbaycan Respublikasıərazisində mövcud olan su təsərrüfatlarının idarə olunmasınıntəkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının vətorpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kəndtəsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkindövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi,suvarma subartezian quyularının saxlanılması və digər meliorasiyatədbirlərinin maliyyə təminatına yönəldiləcəkdir".

Избранный
35
az.trend.az

1Источники