RU

® 5 Gün 5 Gecə tarixi endirimlər olacaq

“Tamstore” marketlər şəbəkəsi noyabrın 5-dən 9-dək “5 gün, 5 gecə Tarixi Endirimlər” sloqanı ilə bütün mağazalarında gündəlik təlabat məhsullarında xüsusi endirimlər təklif edəcək. Endirimdə sümüklü dana döş əti 1 kiloqramı 12.99 manat, Hicaz təzə toyuq paket 1 kiloqram 4.55 manat, banan 1.99 manat, Pegah kərə yağı 1 kq 12.98 manat, Leya günəbaxan yağı 1 litr 2.98 manat, “Tajdar Hindistan” basmati düyü kisə 2 kiloqram 5.98 manat, Riçard çay 90 qram 1.74 manat, Ariel 3 kiloqram 9.48 manat olacaq. Qeyd edək ki, bu özəl kampaniya zamanı 300 çeşid gündəlik tələbat məhsulu 60 faizə qədər endirimlə təklif olunacaq.

Bu endirimlərlə paralel “Ninja qiymətləri bölür” kampaniyası çərçivəsində 4000 çeşid məhsul - ət, toyuq, süd məhsulları, meyvə və tərəvəz, düyü və bakliyyat, kolbasa və sosislər, kərə yağı, şirniyyatlar, içkilər, təmizlik vasitələri, gigiyenik vasitələr və s.-də müxtəlif faizli endirimlər olacaq. Endirimlər barədə məlumatı şirkətin sosial şəbəkələrindən izləyə bilərsiniz.

Qeyd edək ki, “Tamstore” marketlər şəbəkəsi 2023-cü ildə fəaliyyətə başlayıb. 2025-ci ilin sonuna Bakı və Azərbaycanın müxtəlif bölgələrində mağaza sayını 100-ə çatdırmağı palnlaşdırıb. Bundan başqa şirkət 2026-cı ilə daha 100 market açaraq, filial sayını 200-ə çatdıracaq. Hazırda 4000 nəfər əməkdaşı olan şirkət, 2026-cı il üçün əlavə olaraq 4000 yeni iş yeri açmağı planlaşdırır.

 

Избранный
30
20
azertag.az

10Источники