RU

Artan artıq ödənişlər büdcə gəlirlərinin qiymətləndirilməsini çətinləşdirir - RƏY

Bakı. Trend:

Bu ilin ilk 9 ayı ərzində dövlət büdcəsinin kassa əsaslı vergidaxilolmalarının tərkibində artıq ödəmələrin həcminin artmasımüşahidə edilib. Belə ki, müvafiq dövrün sonuna ilin əvvəli iləmüqayisədə artıq ödəmələrin məbləği 290,2 milyon manat artıb.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Bildirilib ki, bu tendensiya ortamüddətli dövr üçünproqnozlaşdırılan vergi daxilolmalarının icrasına əlavə təzyiqyaradır, dövlət büdcəsinin gəlirlərinin dayanıqlılığına dairobyektiv qiymətləndirməni çətinləşdirir və planlaşdırma prosesindəəlavə risklər formalaşdırır.

Eyni zamanda vurğulanıb ki, 2025-ci ilin yanvar-sentyabraylarında dövlət büdcəsinə olan vergi borcları ilin əvvəli iləmüqayisədə 452,6 milyon manat və ya 14,3% artıb, borcun əsashissəsi qeyri neft-qaz sektorunun payına düşüb. Bildirilib ki,vergi borcunun artımına həm verginin əsas məbləği, həm də maliyyəsanksiyası və faizlər təsir edib.

“Borc artımının 60,3%-i əsas məbləğə məxsus olduğu halda,25,3%-i də faizlər hesabına təmin edilib. Dövrün sonuna olan borcməbləğinin 35,1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olmasıbu istiqamətdə inzibatçılığın artırılmasını labüd edir”, -məlumatda vurğulanıb.

Избранный
20
az.trend.az

1Источники