RU

2030-cu ilə kimi dövlət şirkətlərinin büdcəyə dividend ödənişləri üzrə proqnoz azaldılıb

2030-cu ilə qədər səhmlərində dövlətin payı olan müəssisələrdən dövlət büdcəsinə dividend ödənişlərinin 447 mln. manata enəcəyi proqnozlaşdırılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2026-cı ildə səhmlərində dövlətin payı olan müəssisələrdən dövlət büdcəsinə dividend daxilolmaları 600 mln. manat məbləğində proqnozlaşdırılır. Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 12,2 milyon manat və ya 2 faiz azdır.

Orta müddətli dövrdə bu göstəricinin azalma tendensiyasını davam etdirəcəyi gözlənilir. Proqnozlara əsasən, 2027-ci ildə dividendlər üzrə daxilolmalar 584 mln. manat, 2028-ci ildə 569 mln. manat, 2029-cu ildə isə 447,1 mln. manat səviyyəsində olacaq. Başqa sözlə, 2025-ci ilin proqnozlaşdırılan dividend daxilolmaları ilə müqayisədə 2029-cu ildə bu göstərici 165 milyon manat və ya təxminən 27% azalacaq.

Избранный
41
2
apa.az

3Источники