RU

Çin Yaponiya vətəndaşları üçün vizasız rejimi 2026-cı ilin sonuna qədər uzadıb

Bakı, 4 noyabr, AZƏRTAC

Çin iki ölkə liderləri arasında strateji və qarşılıqlı əlaqələri inkişaf etdirməklə bağlı əldə edilmiş son razılaşmadan sonra kadr mübadiləsini daha da asanlaşdırmaq məqsədilə Yaponiya vətəndaşları üçün vizasız rejimi 2026-cı ilin sonuna qədər uzadıb.

AZƏRTAC Yaponiyanın “Kyodo” agentliyinə istinadla xəbər verir ki, Pekin Fransa, Almaniya, İtaliya, Cənubi Koreya və Braziliya da daxil olmaqla 40-a yaxın ölkənin vətəndaşları üçün vizasız rejimin uzadıldığını elan edib.

Xatırladaq ki, Çin keçən ilin noyabr ayından etibarən yaponlar üçün qısamüddətli vizasız tənzimləməni bərpa edib.

 

 

Избранный
31
azertag.az

1Источники