RU

Hüseyn Həsənov axtarışa verildi

Rusiya azərbaycanlı bloger Hüseyn Həsənovu yenidən axtarışa verib.

Həsənovun yenidən axtarışa verilməsi barədə informasiya Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasına yerləşdirilib.

Bloger çirkli pulların yuyulmasında ittiham olunur.

Qeyd edək ki, bu ilin aprel ayının sonlarında Moskvanın Çertanovski Məhkəməsi Hüseyn Həsənovun qiyabi həbs olunması barədə qərar qəbul edib.

O, xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı beynəlxalq axtarışa verilib.

İttihama görə, Həsənov 2019-2021-ci illər arasında 170 milyon rubldan çox vergidən yayınıb. Pulun qanuni istifadəsi görüntüsü yaratmaq üçün o, maliyyə əməliyyatları vasitəsilə 20 milyon rubldan çox pul yuyub.

2024-cü ilin iyun ayında Rusiya Federasiyasının Federal Vergi Xidməti Həsənova qarşı vergidən yayınma ittihamı ilə iddia qaldıraraq onun hesablarını dondurub. İyul ayında Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina bloggerin qaçdığını və şirkətlərinin dövlətə olan borclarına görə bağlandığını açıqlayıb.

Moskva Arbitraj Məhkəməsinə təqdim edilən iddiada Federal Vergi Xidməti Qasanovun 112 milyon rubl dəyərində qiymətləndirilən əmlakının müsadirə edilməsini tələb edib. Sentyabr ayında iddiaçı iddianı geri götürüb və məhkəmə işi rədd edib.

İddianın rədd edilməsinin səbəbləri göstərilməyib.//APA

Избранный
22
11
veteninfo.az

10Источники