Rusiya Daxili İşlər Nazirliyi bloger Hüseyn Həsənovu növbəti dəfə axtarışa verib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” nazirliyin məlumat bazasına istinadən məlumat yayıb.
“Hüseyn Həsənov... Axtarış səbəbi: Cinayət Məcəlləsi ilə axtarışa verilib... Yenidən elan edilib”, - məlumatda qeyd olunur.
Həsənov əvvəllər axtarışa verilib və çirkli pulların yuyulmasına görə qiyabi həbs edilib. İddia aprelin 23-də Moskvanın Çertanovski Məhkəməsinə verilib .
Blogerə qarşı Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi ("Xüsusən külli miqdarda çirkli pulların yuyulması") ilə cinayət işi açılıb. Onu yeddi il həbs cəzası gözləyir.