RU

Yaponiya Baş naziri Trampla bağlı xəbəri təsdiqləmədi

BAKI, 4 noyabr. TELEQRAF

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürməyi planlaşdırdığı barədə xəbərləri nə təsdiq, nə də təkzib edib.

Teleqraf xəbər verir ki, Yaponiya parlamentində müzakirələr zamanı bu məsələ qaldırılıb.

Baş nazir deputatlardan birinin məsələ ilə bağlı sualına “Cavab verməkdən çəkinəcəyəm” deyib.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bundan əvvəl jurnalistlərə bildirib ki, Tramp və Takaiçi arasında Tokioda keçirilən ikitərəfli danışıqlar zamanı Yaponiya hökumətinin başçısı ABŞ Prezidentini Nobelə namizəd göstərmək niyyətini bəyan edib.

Donald Tramp əvvəllər dəfələrlə özünü Nobel mükafatına layiq hesab etdiyini söyləyib. Oktyabrın 10-da Nobel Komitəsi builki mükafatın Venesuela parlamentinin keçmiş üzvü, müxalif siyasətçi Mariya Korina Maçadoya verildiyini açıqlayıb.

Избранный
38
teleqraf.com

1Источники