RU

İranda uşaq evlilikləri təbliğ edilir Mollalar qızlar üçün 13 yaşı çox görür

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

İranda uşaq evliliklərinin dövlət səviyyəsində təbliğinə başlanılıb. Bunu ölkə mediası tərəfindən yayımlanan yeni ictimai anonsda görmək olur. Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, videoda yeniyetmələrin “ailə həyatına hazır olduqları” və erkən nikahların guya “islam dəyərlərinə uyğun” olduğu iddia edilir.Bu görüntülər ictimaiyyətin qəzəbinə səbəb olub. Hüquq müdafiəçiləri və təbliğatçılar bu videonu uşaq nikahlarını normallaşdırmaq cəhdi adlandırıb və qeyd ediblər ki, hakimiyyət dini normalar adı altında qızların uşaqlıqdan məhrum edildiyi sistemi təşviq edir.İranda evlənmək üçün minimum yaş həddi qızlar üçün 13, oğlanlar üçün 15-dir, lakin məhkəmə qərarı ilə daha erkən nikahlara da icazə verilir.Cavid, BakuPost Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
59
www.bakupost.az

1Источники