RU

Toy karvanında qəza törədərək 2 nəfərin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında

Balakən rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən İlkin Hetayevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.


Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Hetayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


İttihama görə, hadisə Balakən rayonunun Şambul kəndi ərazisində baş verib. Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes” markalı avtomobil toqquşub.


Nəticədə 2 sərnişin - 1974-cü il təvəllüdlü Şərif kənd sakini Şaban Elayev, 1997-ci il təvəllüdlü Hənifə kənd sakini Günay İsmayılova ölüb, hər iki sürücü və üç sərnişin isə xəsarət alıb.


İstintaq araşdırması zamanı yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb İlkin Hetayev olması müəyyən edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 4 Noyabr 2025, 09:27   
Избранный
51
pravda.az

1Источники