Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 42 milyon ABŞ dolları dəyərində sement klinkerləri ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 7 milyon ABŞ dolları və ya 20% çoxdur.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 35 milyon ABŞ dolları dəyərində sement klinkerləri ixrac etmişdi.