RU

Çin “uçan avtomobil”lərin sınaq istehsalına başladı

BAKI, 4 noyabr. TELEQRAF

Çinin "XPeng Aridge" (əvvəlki adıyla "AeroHT") şirkəti uçan modula malik avtomobil "Land Aircraft Carrier (LAC)" modelinin sınaq istehsalına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilir ki, ilk nəqliyyat vasitəsi artıq istehsal xəttindən çıxıb.

120 min kvadratmetrlik zavod Cənubi Çinin Quançjou şəhərinin Huangpu rayonunda yerləşir. Müəssisə ildə 10 min ədəd uçan modul istehsal etməyi planlaşdırır, ilkin mərhələdə isə bu rəqəm 5 min ədəd olacaq. Zavod tam gücü ilə işlədiyi halda, hər 30 dəqiqəyə bir aparat istehsal edə biləcək. Kütləvi istehsal və satış 2026-cı ilə planlaşdırılır.

Избранный
63
1
teleqraf.com

2Источники